AZ

Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edib

Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasından 101 il keçir.

 

Səhiyyə Nazirliyindən Aztibb.az-a verilən məlumata görə, bu münasibətlə nazirliyin rəhbərliyi və kollektivi Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüb, onun əziz xatirəsini ehtiramla yad edib.

 

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.

 

Həmçinin görkəmli dövlət və ictimai xadim Əziz Əliyevin, istedadlı həkim Tamerlan Əliyevin məzarları üzərinə də tər çiçəklər qoyulub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
289
7
aztibb.az

9Mənbələr