AZ

Ukraynada Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Kiyev, 10 may, AZƏRTAC

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Kiyevdə Heydər Əliyev adına parkda anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, anım mərasimində Azərbaycanın Ukraynadakı səfirliyinin kollektivi, “SOCAR Energy Ukraine” şirkətinin rəhbərliyi, Azərbaycanın Xarkovdakı fəxri konsulluğunun nümayəndələri, diaspor fəalları və soydaşlarımız iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə tər çiçəklər düzüb, əziz xatirəsini yad ediblər.

Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafında göstərdiyi misilsiz xidmətlərdən danışıblar. Bildirilib ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizin taleyinin və gələcəyinin müəyyən olunmasında həlledici rol oynayıb. Ümummilli Liderin bizə qoyub getdiyi güclü Azərbaycan bu gün onun layiqli davamçısı, Prezident İlham Əliyevin uğurlu, düşünülmüş siyasəti nəticəsində daha da güclənir, dünyada söz sahibinə çevrilir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
50
azertag.az

10Mənbələr