AZ

"Bolqarıstanın qaz istehlakının 50%-ni Azərbaycan təmin edir" - AÇIQLAMA

"Avropada Azərbaycana dost, ən etibarlı tərəfdaş ölkələrdən biri də Bolqarıstandır. Azərbaycanla Bolqarıstan arasında 2015-ci ildə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanmış və ötən dövrdə iki dövlət arasında əlaqələr uğurla inkişaf edib".

 

Sfera.az xəbər verir ki, bu barədə fikirləri Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib. Önun sözlərinə görə, dövlətlər arasında fəal siyası əlaqələr mövcuddur:

 

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev arasında şəxsi dostluq ölkələr arasında da dostluq əlaqələrinin möhkəmləndirilməsinə böyük töhfə verib. 8 may tarixində Bolqarıstan Respublikasının Prezidentinin Azərbaycana rəsmi səfərə gəlməsi Azərbaycanla Bolqarıstan arasında mövcud əlaqələrin daha da möhkəmləndirilməsinə zəmin yaradıb.

 

Prezident İlham Əliyev Bolqarıstan Prezidentinin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata bəyanatla çıxış edib.

 

"Azərbaycanla Bolqarıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin gücləndirilməsinə dair Bəyannamənin imzalanması əlaqələri daha yüksək səviyyəyə çatdıracaq. Son dövrdə Azərbaycanla Bolqarıstan arasında ticarət dövriyyəsi 4 dəfə artıb. Ticarət dövriyyəsinin əsasını enerji sahəsində əməkdaşlıq təşkil edir. Azərbaycan Bolqarıstanın əsas qaz ixracatsızıdır və bu ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycan Bolqarıstanın qaz istehlakının 50%-ni təmin edir. Azərbaycan qazının Avropaya ixracında Bolqarıstan tranzit ölkəyə çevrilib. Bolqarıstan ərazisindən keçən Azərbaycan qazı digər Avropa dövlətlərinə də ixrac edilir və hər il bu dövlətlərin sayı artmaqdadır. Yaxın vaxtlarda Azərbaycanda istehsal ediləcək yaşıl enerji də Bolqarıstana ixrac ediləcək".

 

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə inşa edilmiş Bakı-Tbilisi-Qars dəmir yolu Orta Dəhlizin bir seqmenti olaraq Şərqdən Qərbə və əks istiqamətdə yük daşımalarına böyük töhfə verir.

 

“Dəmir yolunun Azərbaycan dövlətinin sərmayəsi ilə modernləşdirilməsi nəticəsində yükdaşımaların həcmi hər il artmaqdadır. Bu gün bir çox dövlətlər bu marşrut xətti ilə yükdaşımalarını həyata keçirir. Azərbaycanla Bolqarıstan arasında nəqliyyat sahəsində də əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində mühüm işlər aparılır”.

 

Ülkər Abdurahmanlı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
127
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq