AZ

Bolqarıstan-Azərbaycan əməkdaşlığının perspektivləri - ŞƏRH

Bolqarıstan Avropada ölkəmizə dost, ən etibarlı tərəfdaş ölkələrdən biridir. Azərbaycanla Bolqarıstan arasında 2015-ci ildə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb və ötən dövrdə iki dövlət arasında əlaqələr uğurla inkişaf edib. Dövlətlər arasında fəal siyası əlaqələr mövcuddur. Azərbaycan Prezidenti İlham Əliyev ilə Bolqarıstan Prezidenti Rumen Radev arasında şəxsi dostluq əlaqələri ölkələrimizin münasibətlərinin möhkəmləndirilməsinə böyük töhfə verir. Bolqarıstan Prezidentinin Azərbaycana rəsmi səfəri ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsinə imkan verəcək və ikitərəfli münasibətlərin müxtəlif sahələrdə daha da dərinləşməsinə töhfə verəcək. Azərbaycanla Bolqarıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin gücləndirilməsinə dair Bəyannamənin imzalanması əlaqələri daha yüksək səviyyəyə çatdıracaq. Son dövr Azərbaycanla Bolqarıstan arasında ticarət dövriyyəsi 4 dəfə artıb. Ticarət dövriyyəsinin əsasını enerji sahəsində əməkdaşlıq təşkil edir. Azərbaycan Bolqarıstanın əsas qaz ixracatçısıdır və bu ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayır, Bolqarıstanın qaz istehlakının 50 faizini təmin edir. Azərbaycan qazının Avropaya ixracında Bolqarıstan tranzit ölkəyə çevrilib. Bolqarıstan ərazisindən keçən Azərbaycan qazı digər Avropa dövlətlərinə də ixrac edilir və hər il bu dövlətlərin sayı artmaqdadır. Yaxın vaxtlarda Azərbaycanda istehsal ediləcək yaşıl enerji də Bolqarıstana ixrac olunacaq.

Prezident İlham Əliyevin təşəbbüsü ilə inşa edilmiş Bakı-Tbilisi-Qars dəmir yolu Orta Dəhlizin bir seqmenti olaraq Şərqdən Qərbə və əks istiqamətdə yükdaşımalarına böyük töhfə verir. Dəmir yolunun Azərbaycan dövlətinin sərmayəsi ilə modernləşdirilməsi nəticəsində yükdaşımaların həcminin hər il artır. Bu gün bir çox dövlətlər bu marşrut xətti ilə yüklərini daşıyır. Azərbaycanla Bolqarıstan arasında nəqliyyat sahəsində də əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində mühüm işlər aparılır.

Məlumat verilib ki, iki ölkə arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb. Təkcə 2024-cü ilin birinci rübündə qarşılıqlı ticarət təxminən dörd dəfə artaraq 153 milyon ABŞ dollarına çatıb, ixracımız isə illik dörd dəfədən çox artaraq 146 milyon ABŞ dolları təşkil edib. Bolqarıstan hazırda Azərbaycanın ən çox ixrac həyata keçirdiyi ölkələrdən biridir. Eyni zamanda, Azərbaycanda Bolqarıstan investisiyalı kommersiya qurumları sənaye, tikinti, ticarət və xidmət sahələrində aktiv fəaliyyət göstərir.

Bununla belə, xüsusən də qeyri-neft sektoru - kiçik və orta sahibkarlıq, rəqəmsal iqtisadiyyat və innovasiya, eləcə də nəqliyyat və tranzit sektorlarında əlaqələri genişləndirmək üçün imkanlar var. Tədbir çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində fəliyyət göstərən İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən Bolqarıstanın “Caspian Lubricants Recycling” şirkətinə Sumqayıt Kimya Sənaye Parkının rezidenti olması ilə əlaqədar şəhadətnamə təqdim edilib. Bununla da Sənaye Parkının rezidentlərinin sayı 41-ə çatıb.Görüşdə iştirak edən şirkətlərin fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr barədə məlumat verilib, tərəfdaşlıq imkanları müzakirə edilib. Tədbir B2B görüşlərlə davam edib.

Könül İbrahimova

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin

Fiziologiya İnstitutuüzrə ərazi partiya təşkilatının sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
144
1
sesqazeti.az

3Mənbələr