AZ

"Diqqət və qayğı hədiyyə ilə ölçülə bilər? - PSİXOLOQ İZAH ETDİ

"Ümumiyyətlə, qadın və kişi münasibətləri insanların öz zövqlərinə, seçimlərinə uyğun cərəyan edir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülər Məmmədova deyib.

O bildirib ki, elə hər iki cins bir-birilə münasibətə daxil olarkən öncədən sanki zövqlərinə uyğun seçimlər edirlər: "Hər iki tərəf qəbullandığı şəxsin davranış, xarakterinə uyğun jestlər edir. Diqqət və qayğı, hədiyyə hər zaman vacib məsələ olub. Bütün bunlar hamısı, təbii ki, maddiyyatla da bağlıdır. Diqqət, qayğı, hədiyyənin kökündə elə maddiyyat dayanır. Əslində mənəvi münasibətlər, maddi münasibətlər var, mənəvi, maddi dəstək var.

Kişi və qadın münasibətlərində əsas götürülən meyar münasibətlər nəyin fonunda formalaşır? Əvvəlcədən müəyyən olunur ki, burada əsas prioritet nədir, əsas məqsəd nədir? İnsanlar bir-birindən maddiyyatmı güdürlər, dolanışıqlarını yaxşı etmək üçün qarşılıqlı olanda bir-birindən gözləntiləri olur. Qarşılıqlı münasibətlər sevgi əsasında qurulanda diqqət, qayğı, hədiyyə də sanki öz ahəngi ilə cərəyan edir. Asılılıqlar olmur, gözləntilər qurulmur və hər bir şey öz qaydası, axarı ilə irəliləyir. Ona görə hər kəs öz xarakterinə uyğun davranışlar sərgiləyir. İnsanlar bir-birinin təbiətinə, iddialarına uyğun münasibətlər qurur. Sevgi istəyən insanın qarşı tərəfdən pula hərisliyi olmur, sevgi ilə qurulan münasibətlərdə hər iki tərəf bir-birilə tamamlanır. Orada, təbii ki, maddiyyat da rol oynayır. İnsanlar bir-birinin qismən də olsa, müəyyən tələbatlarını ödəyə bilirlər.

Amma müxtəlif münasibətlər var ki, onların qurulma səbəbi maddiyyata bağlı olduğu üçün orada daha böyük hədiyyələr umulur. Bu da insanın sanki münasibətlərdə sevgidən başqa həyatının komfort yaşamını təmin etmək üçün qarşı tərəfdən istifadə məqsədi güdməsi deməkdir. Ona görə də bu münasibətlər öncədən münasibətlərə daxil olanda bu nəzərə alınır. İnsanlar bir-birlərini məhz bu şəkildə dəyərləndirirlər".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
Mənbələr
Şərh ()
Bağla

Reytinq