AZ

Ölmədən əvvəl insanlar nə görür? - Ölmədən əvvəl oxunmalı MƏLUMAT+VİDEO

Ölümündən əvvəl xəstəxanada yaşanan qəribə hadisə həkimin kardioloq kimi fəaliyyətini dayandırıb, “insanlar ölmədən əvvəl nə görür?” sualının araşdırmasına həsr etməyə sövq edib.
Belə ki ölüm anında 70 yaşlı Meri başını qaldırıb sanki yerdə iməkləyən uşağa doğru uzanan kimi əyilib, Denni, deyə çağırmağa başlayıb. Həkim və xəstənin uşaqları heç nə anlamayıb. Amma az sonra xəstəxanaya gələn Merinin bacısı ölən azyaşlı uşağının adının Denni olduğunu deyib. Bu hadisə onu sarsıtdığı üçün bacılar bu haqda danışmamaq qərarı alıbmış.
Sağlamolun.az xəbər verir ki, bundan sonra hadisədən təsirlənən həkim insanların son nəfəsdə gördükləri hallusinasiv görüntülərin səbəbini araşdırmağa həsr edib. Amerikalı Kardioloq Kristofer Kerri uzman kardioloq və neyrobiologiya sahəsində dünyanın seçilən mütəxəssislərindədir.
Yaşanan mistik hadisələr haqqında tədqiqata əsaslanaraq, Kerri bildiri ki, həyatını itirən insanları görmək prosesi həftələr əvvəl başlayır. Ölməkdə olan insanların yaddaşında onları çox sarsıdan və ya əksinə xoşbəxt edən məqamlar canlanmağa başlayır. Onların gözünə daha çox itirdiklərini qəbul edə bilmədikləri insanlar görünür. "İnsanların yüzdə 88-i bu cür hadisələr yaşayır. Amma buna baxmayaraq, tibb bu məqama etinasiz yanaşır və dəqiq araşdırmalar aparılmır, halbuki məhz ölüm anında xəstə yaxınlarına dəstək üçün bu anın daha detallı araşdırılması vacibdir" deyə həkim BBC-yə müsahibəsində bildirib. Ətraflı videodan izləyin:  

Saglamolun.Az





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
89
Mənbələr
Şərh ()
Bağla