Belə ki ölüm anında 70 yaşlı Meri başını qaldırıb sanki yerdə iməkləyən uşağa doğru uzanan kimi əyilib, Denni, deyə çağırmağa başlayıb. Həkim və xəstənin uşaqları heç nə anlamayıb. Amma az sonra xəstəxanaya gələn Merinin bacısı ölən azyaşlı uşağının adının Denni olduğunu deyib. Bu hadisə onu sarsıtdığı üçün bacılar bu haqda danışmamaq qərarı alıbmış.
Yaşanan mistik hadisələr haqqında tədqiqata əsaslanaraq, Kerri bildiri ki, həyatını itirən insanları görmək prosesi həftələr əvvəl başlayır. Ölməkdə olan insanların yaddaşında onları çox sarsıdan və ya əksinə xoşbəxt edən məqamlar canlanmağa başlayır. Onların gözünə daha çox itirdiklərini qəbul edə bilmədikləri insanlar görünür. "İnsanların yüzdə 88-i bu cür hadisələr yaşayır. Amma buna baxmayaraq, tibb bu məqama etinasiz yanaşır və dəqiq araşdırmalar aparılmır, halbuki məhz ölüm anında xəstə yaxınlarına dəstək üçün bu anın daha detallı araşdırılması vacibdir" deyə həkim BBC-yə müsahibəsində bildirib. Ətraflı videodan izləyin:
Saglamolun.Az