AZ

Son çempion finalın bir addımlığında

Bu gün basketbol üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinin növbəti matçı keçiriləcək.

Msport.az xəbər verir ki, seriyanın ikinci oyununda “Xırdalan” və “Sabah” komandaları üz-üzə gələcəklər. “Sərhədçi” İdman Mərkəzində baş tuatacaq görüş 19:30-da start götürəcək.

Komandalar arasında keçirilmiş ilk görüşdə bakılılar 101:85 hesabı ilə qalib gəliblər.

“Sabah” bu gün də qələbə qazansa, adını finala yazdıracaq. Qarşılaşma “Xırdalan”ın üstünlüyü ilə bitərsə, mayın 13-də seriyanın üçüncü matçı oynanılacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
1
Mənbələr
Şərh ()
Bağla