AZ

Azərbaycan Basketbol Liqası: Son çempion finala çıxa bilər

Azərbaycan

Bakı, 10 may, AZƏRTAC

Bu gün basketbol üzrə Azərbaycan çempionatında yarımfinal mərhələsinin növbəti matçı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, seriyanın ikinci oyununda “Xırdalan” və “Sabah” komandaları üz-üzə gələcəklər. “Sərhədçi” İdman Mərkəzində baş tuatacaq görüş 19:30-da start götürəcək.

Komandalar arasında keçirilmiş ilk görüşdə bakılılar 101:85 hesabı ilə qalib gəliblər.

“Sabah” bu gün də qələbə qazansa, adını finala yazdıracaq. Qarşılaşma “Xırdalan”ın üstünlüyü ilə bitərsə, mayın 13-də seriyanın üçüncü matçı oynanılacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
41
1
azertag.az

2Mənbələr