Almaniyanın yeni çempionu “Bayer Leverkuzen” məğlubiyyətsizlik seriyası üzrə Avropa rekorduna imza atıb. Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyununda ispaniyalı Xabi Alonsonun rəhbərlik etdiyi komanda İtaliya “Roma”sı ilə 2:2 hesablı heç-heçə edib və finala yüksəlib.
"Operativ Media" xəbər verir ki, ardıcıl 49 oyunda uduzmayan “Bayer” Portuqaliya “Benfika”sının rekordunu üstələyib. 1963-1965-ci illərdə Lissabon komandası ardıcıl 48 oyunda məğlub olmayıb.
“Bayer” Avropa Liqasının finalında İtaliya “Atalanta”sının rəqibi olacaq.