AZ

110 illik fasilədən sonra kuboku qazandılar

style='margin-bottom:10px;'>

Belçika kubokunun qalibi müəyyənləşib.

QOL.az xəbər verir ki, bu gün final matçında “Yunion Sent” “Antverpen”i məğlub edib - 1:0.

Brüsselin “Boduen” stadionunda keçirilən qarşılaşmada yeganə qolu 45+1-ci dəqiqədə Koki Maçeda vurub.

Qeyd edək ki, “Yunion Sent” tarixində 3-cü dəfədir ölkə kubokunu qazanır. Brüssellilər 1913-cü və 1914-cü illərdə bu titula yiyələnib. Beləliklə, paytaxt klubu 110 ildən sonra kubok əldə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
1
Mənbələr
Şərh ()
Bağla