AZ

110 illik fasilədən sonra kuboku QAZANDILAR

Belçika kubokunun qalibi müəyyənləşib.

Bizim.Media xəbər verir ki, bu gün final matçında “Yunion Sent” “Antverpen”i məğlub edib - 1:0.

Brüsselin “Boduen” stadionunda keçirilən qarşılaşmada yeganə qolu 45+1-ci dəqiqədə Koki Maçeda vurub.

Qeyd edək ki, “Yunion Sent” tarixində 3-cü dəfədir ölkə kubokunu qazanır. Brüssellilər 1913-cü və 1914-cü illərdə bu titula yiyələnib. Beləliklə, paytaxt klubu 110 ildən sonra kubok əldə edib.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
1
bizim.media

2Mənbələr