AZ

"Həkimlərimizi tanıyaq!" rubrikasının növbəti buraxılışı

Dünyada həkimlik qədər şəfalı, şəfqətli, xeyirxah və humanist peşə yoxdur. Bütün zamanlarda xalqlar arasında həkim cəmiyyətin ən çox sevilən və hörmət edilən təbəqəsi sayılıb, onların haqqında hikmətli sözlər yazılıb. Seçdiyi peşəsindən, həyatdakı işindən, mövqeyindən asılı olmayaraq, hər kəsin qəlbində bu sənət sahiblərinə qarşı ali hisslər yaşayır.
 
Aztibb.az-ın "Həkimlərimizi tanıyaq!" rubrikasında söz açacağımız Nuranə Nəcəfova Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Üzeyir Hacıbəyli Ailə Sağlamlıq Mərkəzinin ailə həkimi-pediatrıdır.
 
Nəcəfova Nuranə Ələs qızı 30 yanvar 1975-ci ildə Gəncə şəhərində anadan olub. 1993-1999-cu illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb.
 
O, 2000-ci ildə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z. Məmmədov adına xəstəxananın Pediatriya şöbəsində (1 saylı uşaq xəstəxanası) internatura kursu keçib. 2001-2011-ci illərdə həmin şöbədə sahə həkimi vəzifəsində çalışıb.
 
Daha sonra 2011-2021-ci illər ərzində Pediatriya şöbəsinin Poliklinika bölmə müdiri vəzifəsini icra edib. 2021-ci ildən Üzeyir Hacıbəyli Ailə Sağlamlıq Mərkəzinin ailə həkim-pediatrı vəzifəsində çalışır.
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
aztibb.az

1Mənbələr