AZ

Avropanın Mərkəzində yerləşən Slovakiya ilə münasibətlər xüsusi önəm kəsb edir -Yusif Bağırzadə-ÖZƏL

"Məlumdur ki, Slovakiya Azərbaycan Respublikasının müstəqilliyini ilk olaraq tanıyan ölkələrdəndir. Azərbaycan və Slovakiya arasında diplomatik münasibətlər isə 23 noyabr 1993-cü ildə qurulub. Slovakiya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi 1 oktyabr 2019-cu ildən fəaliyyət göstərir". 

Bu fikirləri politoloq Yusif Bağırzadə Olaylar.az-a açıqlamasında bildirib:

"Azərbaycan Respublikasının Slovakiya Respublikasında səfirliyi isə 28 iyul 2023-cü ildə təsis edilmişdir.
Azərbaycanın xarici siyasətinin əsas tərkib hissələrindən birini ayrı-ayrı dövlətlərlə ikitərəfli əlaqələrin qurulması və yeni istiqamətlər üzrə inkişaf etdirilməsi təşkil etdiyi üçün biz dövlət olaraq Avropa İttifaqı ölkələri ilə ikitərəfli əlaqələrin qurulması və inkişaf etdirilməsində olduqca maraqlıyıq. Bu mənada Avropanın Mərkəzində yerləşən Slovakiya ilə münasibətlər də xüsusi önəm kəsb edir. 
Odur ki, Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun ölkəmizə səfəri xüsusilə diqqət çəkir. Ümumiyyətlə qeyd edim ki, ikitərəfli münasibətlərin genişlənməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasına səfəri böyük rol oynayıb. 18 mart 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiya Respublikasına işgüzar səfər edib. 
Bu gün Azərbaycanda çoxlu sayda Slovakiya şirkətləri fəaliyyət göstərir və bu şirkətlər Azərbaycanda yol tikintisi, müxtəlif layihələrin həyata keçirilməsi ilə məşğul olurlar. Slovakiya Azərbaycanla enerji, kənd təsərrüfatı, elektrik stansiyaları, ətraf mühitin qorunması və inşaat sahəsində əməkdaşlıq etməkdə daha çox maraqlıdır. Onu da vurğulayım ki, Azərbaycan Respublikası Milli Məclisində 13 dekabr 2005-ci ildən etibarən Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu da fəaliyyət göstərir.
Cənab Robert Fitsonun ölkəmizə səfəri çərçivəsində keçirilən tətbətək və geniş tərkibdə görüşləri, ölkə başçılarının mətbuata birgə bəyanatları iki ölkə arasında münasibətlərin inkişafı üçün yeni səhifələr açır. 
Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublikasının Baş naziri Robert Fitso "Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə"ni imzalayıblar. Prezidentin də qeyd etdiyi kimi "bu çox ciddi siyasi sənəddir, faktiki olaraq münasibətlərimizi ən yüksək səviyyəyə qaldıran bir sənəddir". Sənədin özü və onun məzmunu təbii ki, iki ölkənin niyyətini, bir-birinə olan hörməti, qarşılıqlı dəstəyi göstərir. 
Azərbaycanla Slovakiya arasında həmçinin Müdafiə Nazirlikləri arasında hərbi-texniki əməkdaşlıq sahəsində Anlaşma Memorandumu və müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş də imzalandı ki, bu da iki ölkənin müdafiə sənayesi sahəsində əməkdaşlığı üçün olduqca önəmlidir. Ölkə başçısı da öz çıxışında bu məqama xüsusi olaraq diqqət ayıraraq bu iki istiqamət üzrə geniş fikir mübadiləsi aparıldığını və müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında da artıq konkret danışıqlara start verildiyini bildirdi.
Görüşdə müzakirə predmeti olan digər bir önəmli məqam da energetika sektorundakı əməkdaşlıqla bağlı oldu. Prezident mətbuata açıqlamasında bəyan etdi ki, 9-cu ölkənin məhz Slovakiya olacağına inanır. Bu məsələ kifayət qədər realdır, çünki keçən ilin aprel ayında "Həmrəylik Halqası" adlanan sənəd imzalanıb və beləliklə, Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaranıb.
Prezident İlham Əliyev mətbuata bəyanatında da dediyi kimi Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizatın 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacağını söyləyən dövlətimizin başçısı bildirdi ki, bu, Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. "Bizim planlarımızda 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi dayanmışdır və mən hesab edirəm ki, biz buna nail olacağıq", - deyə Prezident vurğulayıb.
Həqiqətən də hazırda Azərbaycanda qaz hasilatı artır, yeni yataqlar kəşf olunur və o yataqlarda istismar artıq başlanılıb. Eyni zamanda, Azərbaycanın genişmiqyaslı yaşıl gündəliyi də icra edilir və bir çox bərpaolunan külək və günəş enerjisi stansiyalarının inşa olunması ölkəmizə qaza qənaət etmək imkanı yaradacaqdır. Odur ki, Avropa istiqamətində 20 milyard kubmetr qazın nəql edilməsi tamamilə realdır. 
Ümumiləşdirərək demək olar ki, bu səfərin Azərbaycanla Slovakiya arasında bütün sahələr üzrə əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcəyi şübhəszidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
311
8
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
36824
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24119
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
18988
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14860
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
13180
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11611
Helikopterin qalıqları tapılıb
11053
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7772
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6861
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6430
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5679
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5434
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4683
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4336
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3846
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3345
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
3137
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2337
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
2266