AZ

Narkotikə görə saxlanılan müğənninin Bakı konserti LƏĞV OLUNACAQ?

Dünən Türkiyənin məşhur müğənnisi Kalben Sağdıç İstanbulda polislərin keçirdiyi narkotik əməliyyatı nəticəsində saxlanılıb.

 

Sfera.az xəbər verir ki, ünvanda aparılan axtarışlar zamanı ümumi çəkisi 15 qram olan “skunk” tipli narkotik vasitə ilə birlikdə 2 min avro, 730 dollar və 1500 TL götürülüb.

 

Müğənni polisə verdiyi ifadəsində narkotik vasitəni satmadığını, özünün istifadə etdiyini bildirib.

 

Prokurorluqdakı proseslərin ardından Kalben Sağdıç xaricə çıxış qadağası qoyularaq məhkəmə nəzarəti tələbi ilə Növbətçi Sülh Cəza Məhkəməsinə sövq edilib. Müğənni məhkəmə nəzarəti  tətbiq edilərək sərbəst buraxılıb.

 

Qeyd edək ki, Kalbenin 10 may 2024-cü il tarixində Bakıda konserti baş tutmalı idi. İfaçıya xaricə çıxış qadağası tətbiq edilməsini nəzərə alsaq, konsertin ləğv olunması gözlənilir. Lakin hələ bu barədə rəsmi açıqlama yoxdur.

 

Firuzə Əliyeva
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
22
sfera.az

10Mənbələr