AZ

Məşhur müğənninin həbsinə səbəb olan GÖRÜNTÜLƏR - FOTO

Türkiyəli müğənni Kalbenin həbs edilməsinə səbəb olan görüntülər yayılıb.

 

Sfera.az bildirir ki, ötən həftə evinə narkotik basqını nəticəsində saxlanılan, daha sonra beynəlxalq səyahət qadağası ilə sərbəst buraxılan ifaçı ilə bağlı hadisənin təfərrüatları bəlli olub.

 

Belə ki, məşhurun xaricdə kokain istifadə etməsi ilə bağlı gizli lentə alınan videosunun İstanbul polisinə göndərildiyi öyrənilib.

 

Sözügedən videonu “Sabah” qəzeti əldə edib.

 

Kalben açıqlamasında sözügedən videonun İtaliyaya səfəri zamanı bir dostu tərəfindən çəkildiyini bildirib. O, bu yaxınlarda videonun qarşılığında pul istəyərək şantaj edildiyini, pul vermədikdə isə şantajçının videonu polislə paylaşdığını vurğulayıb. Görüntüləri polisə göndərən şəxs isə Kalbenin narkotik satdığını qeyd edib.

 

Xatırladaq ki, ötən həftə İstanbulda Narkotik Cinayətlərlə Mübarizə Şöbə Müdirliyinə bağlı qruplar müğənni Kalben Sağdıçın Beyoğludakı evində əməliyyat keçirib. Həmin ünvanda aparılan axtarış zamanı 3 ədəd ümumi çəkisi 15 qram olan narkotik vasitə götürülüb.

 

Kalben saxlanılaraq polis idarəsinə aparılıb.

 

Günay

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
188
22
sfera.az

10Mənbələr