AZ

Konfrans Liqasının ilk finalçısı bəlli oldu

Mayın 8-də Konfrans Liqasının yarımfinal mərhələsinin cavab oyununda Belçikanın “Brügge” və İtaliyanın “Fiorentina” klubları üz-üzə gəlib.

Publika.az xəbər verir ki, komandalar Brüggedəki (Belçika) “Yan Breidel” stadionunda qarşılaşıblar. Oyun 1:1 hesabı ilə başa çatıb. İlk görüşdə “Fiorentina” 3:2 hesabı ilə qalib gəlib. Beləliklə, iki görüşün yekununa əsasən (4:3) “bənövşəyilər” finala vəsiqə qazanıb.

Qeyd edək ki, “Fiorentina” ardıcıl ikinci dəfə Konfrans Liqasının finalında çıxış edəcək. Ötən il İtaliya klubu turnirin həlledici oyununda İngiltərənin “Vest Hem” klubu ilə qarşılaşıb. Həmin oyun Fiorentina üçün uğursuz başa çatıb – 1:2 hesabı ilə məğlub olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
54
50
publika.az

10Mənbələr