AZ

Azərbaycan sambo millisi 8 ildən sonra Avropa çempionatında qızıl medal qazanıb

Azərbaycan

Bakı, 10 may, AZƏRTAC

Sambo üzrə Azərbaycan millisi Serbiyanın Novi Sad şəhərində keçirilən Avropa çempionatını 3 medalla tamamlayıb.

Azərbaycan Sambo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yığma qitə yarışında 1 qızıl və 2 bürünc medal qazanıb.

2022-ci il dünya çempionatının mükafatçısı Elvin Bağırov (64 kiloqram) finalda Narek Dallakyana (Ermənistan) 5:0 hesabı ilə qalib gələrək ilk dəfə böyüklərdə Avropa çempionu olub. Sonuncu dəfə böyüklər arasında Avropa çempionu ünvanına 8 il öncə Amil Qasımov çıxmışdı. O, 2016-cı ildə Rusiyanın Kazan şəhərində keçirilən yarışda qitənin ən güclüsü olmuşdu.

Həmçinin Rəsul Aydəmirov (98 kiloqram) və Nicat Məmmədli (58 kiloqram) 3-cülük uğrunda görüşdə qalib gələrək bürünc medal əldə edib.

Qeyd edək ki, yarış mayın 11-12-də gənclər və yeniyetmələrin Avropa çempionatı ilə davam edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
284
50

1Mənbələr

Şərh ()
Bağla