AZ

Hindistanda 90-a qədər reys ləğv edildi

Hindistanda 90-a qədər reys ləğv edildi

Hindistan aviaşirkəti "Air India Express" təxminən 300 kabin heyəti üzvünün son anda xəstələndiyini və işə gəlmədiyini bildirdikdən sonra 90-a yaxın uçuşu ləğv edilib və minlərlə zərərçəkmiş sərnişin vəziyyətə sərt reaksiya verib.

Hindistanın NDTV kanalının xəbərinə görə, aviaşirkətin adı açıqlanmayan sözçüsü ləğv edilən uçuşlarla bağlı açıqlama verib.

Təxminən 300-ə yaxın kabin heyətinin son anda xəstə olduqlarını bildirərək işə gəlməməsi səbəbindən 90-a yaxın daxili və beynəlxalq reyslərin ləğv edildiyini bildirən mətbuat katibi sərnişinlərin şikayətlərinin aradan qaldırılması üçün lazımi tədbirlərin görüldüyünü bildirib.

Sözçü "Bu gözlənilməz vəziyyətə görə sərnişinlərimizdən üzr istəyirik. Ləğvlərdən təsirlənən qonaqlara ödəniş tam olaraq geri qaytarılacaq və ya başqa bir tarixə pulsuz olaraq dəyişdiriləcək" deyib.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
afn.az

1Mənbələr