AZ

Rəhim Rəhimlinin son vaxtları: O, öləcəyini bilirdi? - VİDEO

Baku TV-nin “Retro Baku” verilişinin yeni buraxılışı efirə gedib.

Redaktor.az xəbər verir ki, verilişin budəfəki sayında bəstəkar-müğənni Rəhim Rəhimlidən bəhs olunub.

Mərhum sənətçi haqqında xatirələrini bölüşən dostları müğənninin yardımsevərliyindən danışaraq qeyd ediblər ki, o, heç vaxt bunun bilinməsini istəməyib.

“Çox əliaçıq insan idi. Elə olurdu ki, komandasının maaşları, yaxud qonorarları gecikəndə bayramqabağı olduğu üçün toyda qazandığı ilə onların pulunu verirdi”, - aparıcı Zemfira Adıgözəlova deyib.

Prodüser Arif Məmmədov türkiyəli müğənni Halil Sezai Bakıya konsertə gələrkən Rəhim Rəhimlinin onunla görüşündən söz açıb:

“Rəhimə təklif edilmişdi ki, efirdə konsertin reklamını etsin. Əvəzində Halil Sezai də onun verilişində qonaq olacaq, başqa verilişə də çıxmayacaqdı. Çəkiliş vaxtı çatanda Halil Sezaidən xəbər çıxmadı. Sonra da dedilər ki, hoteldədir, içib, bayıra çıxmayacaq. Rəhim durub getdi hotelə, Halillə görüşdü. Rəhimə demişdi ki, proqrama qonaq olmağımdan xəbərim yoxdur. Rəhim elə hoteldə ondan müsahibə aldı”.

Müğənni Murad Arif isə Rəhim Rəhimlinin həyatında oynadığı mühüm roldan bəhs edib:

“Rəhim Türkiyədən qayıtmışdı. Karyerasına necə davam edəcəyi barədə tərəddüdləri var idi. Çünki ölkədən küskün getmişdi. İsrar etdim ki, “Maşın şou”ya gəlsin. Rəhim verilişə gəlmək istəmirdi. Daha sonra onun saqqızını oğurladım və verilişə gətirdim. Rəhim “Maşın şou”dan sonra Azərbaycanın sevimlisi oldu”. Dostları onun öz ölümünü hiss etdiyini, canı ağrıdığını, amma bunu heç kimə bildirmədiyini, hər zaman pozitiv görünməyə çalışdığını deyirlər. “Son vaxtlar əhvalı çox pis idi. Tez-tez gözləri dolurdu. Sanki öləcəyini bilirdi, ona hazır idi”, - şair Könül Nazimqızı söyləyib.

Ətraflı süjetdə:

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
15
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
13719
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
11061
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9093
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2943
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2481
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2210
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
2064
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2060
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1828
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1544
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1032
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
753
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
664
Azərbaycan nefti ucuzlaşdı
656
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
649
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
644
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
606
Arda Gülər dayanmır, yenə fərqləndi -
584