AZ

Rəhim Rəhimlinin son vaxtları: öləcəyini bilirdi? - VİDEO

“Retro Baku” verilişinin budəfəki sayında bəstəkar-müğənni Rəhim Rəhimlidən bəhs olunub.

Mərhum sənətçi haqqında xatirələrini bölüşən dostları müğənninin yardımsevərliyindən danışaraq qeyd ediblər ki, o, heç vaxt bunun bilinməsini istəməyib.

“Çox əliaçıq insan idi. Elə olurdu ki, komandasının maaşları, yaxud qonorarları gecikəndə bayramqabağı olduğu üçün toyda qazandığı ilə onların pulunu verirdi”, - aparıcı Zemfira Adıgözəlova deyib.

Prodüser Arif Məmmədov türkiyəli müğənni Halil Sezai Bakıya konsertə gələrkən Rəhim Rəhimlinin onunla görüşündən söz açıb:

“Rəhimə təklif edilmişdi ki, efirdə konsertin reklamını etsin. Əvəzində Halil Sezai də onun verilişində qonaq olacaq, başqa verilişə də çıxmayacaqdı. Çəkiliş vaxtı çatanda Halil Sezaidən xəbər çıxmadı. Sonra da dedilər ki, hoteldədir, içib, bayıra çıxmayacaq. Rəhim durub getdi hotelə, Halillə görüşdü. Rəhimə demişdi ki, proqrama qonaq olmağımdan xəbərim yoxdur. Rəhim elə hoteldə ondan müsahibə aldı”.

Müğənni Murad Arif isə Rəhim Rəhimlinin həyatında oynadığı mühüm roldan bəhs edib:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
15
publika.az

10Mənbələr