AZ

“Krasnodar” böhranda, “Dinamo” yüksəlişdə

Gərgin çempionluq mübarizəsinin davam etdiyi Rusiya premyer-liqasında 27-ci tura şənbə günü keçirilən iki oyunla start verildi.

“Football-plus.az” xəbər verir ki, açılış oyununda ''Orenburq'' ''Krılya Sovetov''dan üstün oldu. ''Orenburq'' evdə keçirdiyi son 5 oyunda 4-cü qələbəsini qazandı və ardıcıl 11-ci ev matçında qol vurmağı bacardı.

''Krasnodar'' mövsümün bəlkə də ən hellidici məqamında böhrana düşüb. Komanda ötən tur Samara səfərindən qolsuz bərabərliklə qayıtdı. Halbuki orda qazanılacaq qələbə Murad Musayevin kollektivini lider edəcəkdi. Bu tur isə ''öküzlər'' sürpriz şəkildə evdə iddiasız ''Axmat''a boyun əydilər. Traorenin 2-ci hissənin əvvəllərində vurduğu qol görüşdə yeganə oldu. ''Baltika''ya evdəki 1:7 hesablı məğlubiyyətdən sonra Qroznı təmsilçisi ardıcıl 4-cü qələbəsini qazandı. Halbuki komandanın 2017-dən bəri belə seriyası olmamışdı. ''Krasnodar'' bu mövsüm ilk dəfə ardıcıl 2 oyunda qola həsrət qaldı. Murad Musayev məşqçi kimi ''Axmat''a qarşı 7-ci oyunda 5-ci məğlubiyyətlə üzləşdi. Özü də ''Krasnodar'' uduzduğu bu 5 oyunun hamısında qola həsrət qalıb. “Dinamo” isə əksinə, mövsümün sonuna yaxın dirçəlib. Moskvalılar autsayder “Soçi”ni məğlub etməklə ardıcıl 4-cü qələbəsini qazandı. Rusiya futbolunun yeni ulduzu Tyukavin yenə meydanı qolsuz tərk etmədi. O, 14-cü qolunu vurmaqla bombardirlər yarışında ikinci pilləyə yüksəldi. XXI əsrdə “Dinamo”nun heç bir futbolçusu belə məhsuldarlıq sərgiləməmişdi. Gilyerme Abaskal qovulandan sonra yüksəlişə keçən ''Spartak''ın məğlubiyyətsiz seriyası davam etsə də, komanda Nijni Novqorodda qolsuz bərabərliklə kifayətləndi. Baxmayaraq ki, “ağ-qırmızılar” 77 faiz topa nəzarət etdilər. Moskva nəhəngi qış fasiləsi başa çatandan bəri 9 premyer-liqa matçının 6-da meydanı qolsuz tərk edib. Bu, 2024-cü ildə elitada ən pis göstəricidi! 

27-ci tur
Fakel – Zenit ???
?????
Zenit: ?????

Krasnodar – Axmat 0:1
Konate, 46.
Krasnodar: Safonov, Olusequn, Tormena, Alonso, Olasa, Çernikov (Banyats, 74), Kastanyo (Krivtsov, 61), Batçi (Kadi, 61), Spertsyan, Sa (Kobnan, 89), Kordoba.

Nijni Novqorod – Spartak 0:0
Spartak: Maksimenko, Denisov, Maslov (Tavareş, 84), Duarte, Çernov, Zobnin (Xluseviç, 71), Litvinov (Prutsev, 84), Umyarov, Bonqonda, Zinkovski (İqnatov, 62), Uqalde (Sobolev, 62).

ÇSKA – Rubin ???
????
ÇSKA: ???

Lokomotiv – Rostov ???
????
Lokomotiv: ?????

Dinamo – Soçi 3:2
Tyukavin, 53. Bitello, 85. Nqamalyo, 90+5 – Quarirapa, 83. Saavedra, 90.

Orenburq – Krılya Sovetov 2:1
Peres, 24. Vorobyov, 67 – Rəhmaboviç, 53. 

Ural – Baltika ???
?????

1. Zenit 26 15 5 6 44-23 50
2. Dinamo 27 14 8 5 46-35 50
3. Krasnodar 27 14 8 5 41-26 50
4. Spartak 27 12 7 8 37-31 43
5. Lokomotiv 26 10 11 5 44-37 41
6. Krılya Sovetov 27 11 7 9 44-37 40
7. Rostov 26 11 7 8 39-39 40
8. ÇSKA 26 9 11 6 45-36 38
9. Rubin 26 10 7 9 24-31 37
10. Axmat 27 9 5 13 30-38 32
11. Nijni Novqorod 27 8 5 14 25-38 29
12. Orenburq 27 7 8 12 31-36 29
13. Fakel 26 6 9 11 19-28 27
14. Baltika 26 7 5 14 28-32 26
15. Ural 26 6 7 13 25-40 25
16. Soçi 27 4 8 15 28-43 20
Bombardirlər: Kassyerra (Zenit) – 16, Kordoba (Krasnodar), Tyukavin (Dinamo) – 14.
Növbəti turun oyunları mayın 10-12-si aralığında keçiriləcək: Zenit – ÇSKA, Spartak – Krasnodar, Krılya Sovetov – Axmat, Rubin – Rostov, Baltika – Dinamo, Fakel – Ural, Orenburq – Lokomotiv, Soçi – Nijni Novqorod.
***
Oyundan sonra
Vladimir Slişkoviç, “Spartak”ın müvəqqəti məşqçisi:
“Nəticəni bizim üçün uğurlu saymaq olmaz. Çünki bura qələbə üçün gəlmişdik. Xüsusilə ikinci hissədə meydanda yalnız bir komanda var idi. Fasilədən sonrakı oyun göstərdi ki, “Nijni Novqorod” meydana yalnız 1 xal üçün çıxmışdı. Onlar hətta əks-hücuma çıxa biləcəkləri anlarda da bunu etmirdilər. Çünki konkret uduzmamaq üçün çıxmışdılar və buna da nail oldular. Nəticənin ədalətsiz olduğunu söyləmək çətindi. “Nijni Novqorod”a yeni məşqçi gəldiyindən futbolçular özlərini ona göstərməyə çalışırdılar. Riyazi cəhətdən hələ də ikinci pilləni tutmaq şansımız var. Ən azı bunun üçün mübarizə aparacağıq. Üstəlik kubokda da yolumuza davam edirik”.

 
Murad Musayev, “Krasnodar”ın baş məşqçisi:
“Çox üzgünük. Mövsümün indiki məqamında öz meydanımızda belə vacib oyunda uduzmaq hər birimizə çox pis pis təsir etdi. Oyundan sonra futbolçularıma nə dediyimi açıqlamaq istəmirəm. Son iki matçda gözəl fürsətlərimiz olsa da, heç birini dəyərləndirə bilmədik. Bəzi anlarda soyuqqanlı olmaq əvəzinə tələskənliyə yol verdik. Bu da mümkün qədər tez qol vurmaq istəyi ilə bağlı idi. Belə çətin oyunlarda ilk qolu vuran tərəf böyük üstünlük qazanır. Biz hesabı aça bilsəydik, hər şey başqa cür olacaqdı. Oyun daha məhsuldar keçərdi. Oyun “Axmat”ın istədiyi tərzdə keçdi. Qol vurdular və bütün komanda ilə geri çəkilərək boş zonaları bağladılar. Oyunçularımı günahlandırmaq istəmirəm. Nəticə bizi qane etməsə də, hər kəs əlindən gələni etdi. Təəssüf ki, futbolda heç kim belə məğlubiyyətlərdən “sığortalanmayıb”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
football-plus.az

1Mənbələr