AZ

Azərbaycan və Bolqarıstan iki dost və strateji tərəfdaşdır

Avropa bazarı,o cümlədən Bolqarıstan və onun qonşu ölkələrinin bazarları böyük maraq kəsb edir. Qarşılıqlı maraqlar üzərində qurulmuş strateji tərəfdaşlıq yeni imkanlar açır.Çünki enerji sahəsində başlanılan çox ciddi əməkdaşlığın çox böyük gələcəyi var.

Bu gün Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər.Xalqlar arasındakı tarixi bağlar bu əlaqələrin təməlində dayanan mühüm amillərdəndir.
Ölkə Prezidenti cənab İlham Əliyevin sentyabr ayının 30-da Bolqarıstana etdiyi səfər Azərbaycan – Avropa İttifaqı əməkdaşlıq əlaqələrinin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. 2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə əməkdaşlığın davamlılığını təmin edir. Bəyannamə əlaqələrimizi yüksək səviyyəyə qaldırıb və təsbit edilmiş bütün məsələlər həyatda öz əksini tapmışdır.Eyni zamanda ölkələrimiz arasında indiyədək nazirlər səviyyəsində çoxsaylı görüşlər keçirilib.Bu gün artıq Azərbaycan qazı Bolqarıstana ixrac olunur və hazırda bu ixracın həcminin artırılması məsələsi gündəmdədir.
İki ölkənin dövlət başçıları arasında keçirilmiş geniştərkibli görüşdən sonra Azərbaycan Prezidenti cənab İlham Əliyev mətbuata bəyanatla etdiyi çıxışında qeyd etdi ki, enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir, ancaq indiki şəraitdə bu əhəmiyyət daha da artmışdır. Məlum hadisələr, o cümlədən Rusiya-Ukrayna müharibəsi Avropa ölkələrinin alternativ enerji mənbələri axtarışlarını daha da intensivləşdirib. Artıq Avropanın daha 3 ölkəsi – Rumıniya, Macarıstan və Slovakiya Bolqarıstana müraciət edib ki, əlavə qaz həcmini almaq və nəql etmək istəyirlər. Ona görə Azərbaycan əlindən gələni edir ki, qaz hasilatını artıraraq öz tərəfdaşlarını təbii qazla təmin etsin. Prezidentimiz İlham Əliyevin dediyi kimi, Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir. İndi isə təbii qazı ixrac edən Azərbaycan bu sahədə də etibarlı tərəfdaş kimi özünü göstərəcək.
Bolqarıstan Azərbaycanla birlikdə 1998-ci ildən Avrasiya nəqliyyat dəhlizi layihəsində də iştirak edir. İki dövlət arasında həmçinin, regional təşkilat olan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində də sıx münasibətlər mövcuddur. Bütün bu infrastruktur obyektləri bir məqsədi güdür ki, Azərbaycan üzərindən tranzit yüklərin həcmi artsın.Cari ildə tranzit yüklərin həcmi təqribən 50 faizə yaxın artıb. Gələcəkdə bu rəqəm daha da böyük olacaq. Ona görə Bolqarıstan və Azərbaycan nəqliyyatçıları indidən bir araya gələrək uzunmüddətli və genişmiqyaslı gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparacaqlar.İqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığın dərinləşməsi üçün də çox böyük imkanlar mövcuddur.Bolqarıstan şirkətləri Azərbaycanda daha genişmiqyaslı işlərin görülməsinə dəvət olunacaq. İşğaldan azad olunmuş ərazilər əməkdaşlıq üçün yeni imkanlar yaradacaq.Bütün bunlarla bərabər,Azərbaycanla Bolqarıstan arasında indiyədək iqtisadi sahələri əhatə edən bir sıra önəmli sənədlər imzalanıb.
Simuzər Hüseynli,
Nəsimi rayon sakini

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
7
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
11964
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8594
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
8356
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2338
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2067
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1888
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1764
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1492
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1139
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
928
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
727
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
528
Arda Gülər dayanmır, yenə fərqləndi -
461
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
423
Arda dubl etdi - VİDEO
371
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
368
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
361
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
360