AZ

Ərdoğan: “Azərbaycanla Ermənistan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır”

“Azərbaycanla Ermənistan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır. Türkiyə Bakı ilə İrəvan arasında əldə olunan irəliləyişdən məmnundur”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Prezident iqamətgahında Azərbaycanın Baş naziri Əli Əsədovla görüşündə deyib.

Ərdoğan iki ölkənin xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyanın mayın 10-da Almatıda keçiriləcək görüşündən müsbət nəticələr gözlədiyini ifadə edib.

O, birtərəfli və qərəzli kənar müdaxilələrin regionun geosiyasi qarşıdurma meydanına çevrilməsinin qarşısını almaq üçün Türkiyə ilə Azərbaycanın sıx əməkdaşlığını davam etdirəcəyini, Türkiyənin Azərbaycana dəstəyinin hər sahədə davam edəcəyini vurğulayıb.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
31
bizim.media

10Mənbələr