AZ

Gömrük Komitəsindən AAYDA-ya ittiham

Dövlət Gömrük Komitəsi (DGK) Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) barəsində inzibati protokol tərtib edib. 

Valyuta.az xəbər verir ki, AAYDA-ya qarşı İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Bu maddə malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsi.

Maddədə fiziki şəxslərin 50 manatdan 100 manatadək məbləğdə, vəzifəli şəxslərin 150 manatdan 250 manatadək məbləğdə, hüquqi şəxslərin isə 300 manatdan 500 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur. 

Hüseyn

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
158
valyuta.az

1Mənbələr