AZ

Daha bir Avropa ölkəsi enerji təhlükəsizliyini Azərbaycana həvalə edir

Image

Azərbaycan və Slovakiya arasında müxtəlif istiqamətlər, o cümlədən eherji sferasında əlaqələr intensiv inkişaf edir. Hətta gözlənilir ki, Slovakiya Azərbaycandan qaz alan 9-cu ölkə olacaq. Bu xüsusda prezident İlham Əliyev   Slovakiya baş naziri Robert Fitso ilə görüşündə qeyd edib: 

“Azərbaycan hazırda 8 ölkəyə öz təbii qazını ixrac edir və ümidvaram ki, 9-cu ölkə Slovakiya olacaq. Keçən ilin aprel ayında “Həmrəylik Halqası” adlanan sənəd imzalanmışdır və beləliklə, Azərbaycan qazını Slovakiya bazarına da nəql etmək üçün yaxşı imkanlar yaradılmışdır.

Avropa İttifaqı ilə Azərbaycan arasında qaz və enerji sahəsində imzalanmış strateji tərəfdaşlıq Bəyannaməsi icra edilir. Azərbaycan öz təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir. Avropaya təchizat 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. Bizim planlarımızda 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi dayanmışdır və mən hesab edirəm ki, biz buna nail olacağıq. Azərbaycanda qaz hasilatı artır, yeni yataqlar kəşf olunur və o yataqlarda istismar artıq başlamışdır. Eyni zamanda, bizim genişmiqyaslı yaşıl gündəliyimiz də icra edilir və bir çox bərpaolunan külək və günəş enerjisi stansiyalarının inşa olunması bizə qaza qənaət etmək imkanı yaradacaqdır və təbii ki, bu qazın əsas istiqaməti və əsas ünvanı Avropa olacaqdır”. Bunlar fonunda Slovakiya Qaz və Neft Assosiasiyasının (SGOA) icraçı direktoru Rixard Kvasnovski bildirib ki, “Həmrəylik halqası” təşəbbüsü çərçivəsində Azərbaycan təbii qazının Avropaya tədarükü ilkin mərhələdə ildə 5 milyard kubmetr təşkil edə bilər. Onun sözlərinə görə, son illər mayeləşdirilmiş təbii qaz və Norveç “mavi yanacağı”nın tədarükü sayəsində Avropa ölkələrinin Rusiya təbii qazından asılılığı xeyli azalıb: “Azərbaycan başqa bir mənbəyə çevrilə bilər. Bu, xüsusilə Mərkəzi və Şərqi Avropa ölkələrinin şərq qaz kəmərləri sistemi ilə tarixi əlaqəsini nəzərə alaraq, enerji təhlükəsizliyinin yaxşılaşdırılmasına mühüm töhfə olardı”. Kvasnovski qeyd edib ki, bu mənada transsərhəd əlaqələrin imkanlarını artırmaq şərti ilə mövcud infrastruktur vasitəsilə Azərbaycandan təbii qaz idxalının həcminin artırılmasına yönəlmiş “Həmrəylik halqası” təşəbbüsünü qeyd etmək lazımdır: “Birinci mərhələdə regionumuz Azərbaycandan 5 milyard kubmetrədək təbii qaz ala bilər ki, bu da Slovakiyanın illik təbii qaz istehlakına uyğundur”. O xatırladıb ki, Azərbaycan Avropa İttifaqının təbii qaz tədarükünün şaxələndirilməsi səylərində mühüm tərəfdaşlarından biridir. Onun sözlərinə görə, bunu ölkənin Avropa Komissiyası ilə imzaladığı energetika sahəsində Strateji Tərəfdaşlıq Memorandumu da sübut edir: “Bununla da Azərbaycan qazının tədarükünün ildə 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulur”.

Xatırladaq ki, “Həmrəylik halqası” layihəsi çərçivəsində 2023-cü il aprelin 25-də Sofiyada Azərbaycan Dövlət Neft Şirkəti ilə Bolqarıstan (“Bulgartransgaz”), Rumıniya (“Transgaz”), Macarıstan (FGSZ) və Slovakiyanın (“Eustream”) qaz ötürücü sistem operatorları arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu imzalanıb. Memorandum Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün dörd ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlıq sahələrini müəyyən edir. Əlavə tədarüklər Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın modernləşdirilmiş qaz nəqli şəbəkələri vasitəsilə həyata keçiriləcək. Azərbaycan və Avropa İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə azı 20 milyard kubmetrə çatmalıdır. Eyni zamanda 2025-ci ilin sonunadək TAP-ın genişləndirmənin birinci mərhələsi çərçivəsində əlavə 1,2 milyard kubmetr Azərbaycan qazını qəbul etməyə hazır olacaq ki, bunun da 1 milyard kubmetrini 2026-cı ildən İtaliya, 200 milyon kubmetrini isə Albaniya alacaq.  Eyni zamanda, Azərbaycandan qaz almaq istəyən bir qrup ölkə də var. Bunlar Bosniya və Herseqovina, Monteneqro, Xorvatiya, Slovakiya və Şimali Makedoniyadır. Slovakiyanın iqtisadiyyat naziri Denisa Sakova isə qeyd edir ki, ölkəsi Azərbaycandan təbii qaz idxal etmək üçün hər cür səy göstərəcək. O vurğulayıb ki, Azərbaycan Mərkəzi və Şərqi Avropaya “mavi yanacaq” nəqlinin şaxələndirilməsində kifayət qədər böyük rol oynayır: “İnanırıq ki, Slovakiyaya, eləcə də Şərqi və Mərkəzi Avropaya təbii qaz tədarükü sahəsində əlaqələr və əməkdaşlıq qura bilərik. Avstriya, Çexiya, Macarıstan kimi qonşu ölkələr də bununla bağlı maraqlı olduqlarını bildiriblər. Azərbaycandan Slovakiyaya təbii qaz idxal etmək və bununla da tədarükü şaxələndirmək, Rusiya təbii qazından imtina etmək üçün hər cür səy göstərəcəyik”. Nazir Azərbaycanın gələcəkdə təbii qaz hasilatını artırmağı planlaşdırdığını diqqətə çatdırıb. Onu da qeyd edək ki, bu gün dünyada ciddi narahatlıq do­ğuran geosiyasi proseslər, qarşıdurmalar fonunda enerji təhlükəsizliyi zəruri amilə çevrilib. Bütün ölkələrin, xüsusilə də Av­ropa ölkələrinin enerji təhlükəsizliyi diqqət mərkəzində saxlanılıb. Azərbaycanın ger­çəkləşdirdiyi uğurlu enerji siyasəti nəticə­sində ölkəmiz Avropanın enerji təhlükə­sizliyinin qarantı rolunda tanınıb. Avropa ölkələrinin “yaşıl keçid” kimi xarakterizə etdikləri mədən yanaca­ğından imtina edilməsini nəzərdə tutan proqrama baxmayaraq, uzunmüddətli perspektivdə qazdan və neftdən tam imtina edilməsi gözlənilmir. Bu isə onu deməyə əsas verir ki, Azərbaycanın karbohidrogen ehtiyatları hələ uzun illər Avropanın enerji təhlükəsizliyinin təmi­natında mühüm rol oynayacaq. 

Ramil QULİYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
32
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
12479
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
9193
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
8729
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
2504
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
2197
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1950
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1826
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
1645
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
1232
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
1039
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
773
Türkiyə Milli Müdafiə Nazirliyi: İran Prezidentinin qəzaya uğrayan helikopterinin axtarışına “AKINCI” PUA-ları cəlb edilib
721
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
545
Arda Gülər dayanmır, yenə fərqləndi -
501
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
437
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
428
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
422
Arda dubl etdi - VİDEO
412
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
400