AZ

Koul Palmer “Çelsi”də mövsümün ən yaxşısı elan seçildi

“Çelsi”nin ingilis hücumameylli yarımmüdafiəçisi Koul Palmer cari 2023/2024-cü illər mövsümündə “zadəganlar”ın ən yaxşı oyunçusudur.

Arena.az bu barədə “Çelsi”nin rəsmi saytına istinadən məlumat verir.

Palmer “Mançester Siti”nin yetirməsidir. Palmer “Çelsi”yə 2023-cü ilin sentyabrında 47 milyon avro müqabilində məhz Mançester klubundan keçib. Yarımmüdafiəçinin London təmsilçisi ilə müqaviləsi 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Palmer “zadəganlar”ın heyətində bütün yarışlarda 42 oyuna çıxıb, 24 qol və 13 məhsuldar ötürmə ilə fərqlənib.

Koul Palmer ötən ilin noyabr ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 2 oyun keçirib, məhsuldar fəaliyyəti ilə hələ diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 22 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
arena.az

1Mənbələr