AZ

Manuel Noyer: “Real”la oyunda ilk qol ən vacib məqam olacaq”

“Bayern”in alman qapıçısı Manuel Noyer Çempionlar Liqasının yarımfinalında “Real”la qarşıdakı cavab oyunu haqda danışıb.

Arena.az xatırladır ki, tərəflər arasında Münhendə keçirilmiş ilk oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb.

“Hər şey müəyyən bir gündə kimin daha yaxşı olmasından asılı olacaq. İlk qol ən vacib məqam olacaq. “Real” kimi komandaya qarşı oyunda hər şey həmişə xırda məqamlara dayanır. Hər iki komanda hücumda güclüdür, amma hər biri bütün meydanda diqqətlə fəalyyət göstərəcək”, – UEFA-nın rəsmi saytı Manuel Noyerdən sitat gətirir.

Xatırladaq ki, “Real” Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunu çərçivəsində “Bayern”i bu gün, mayın 8-də Madridin “Santyaqo Bernabeu” stadionunda qəbul edəcək.

UEFA Çempionlar Liqasının final oyunu iyunun 1-də Londonun “Uembli” stadionunda keçiriləcək. Daha əvvəl Fransa nəhəngi PSJ-ni mübarizədən kənarlaşdırımış Dortmund “Borussiya”sı finalda rəqibini gözləyir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
188
36
arena.az

10Mənbələr