AZ

“Real Madrid” azarkeşlərə sürpriz hazırlayıb

Tarix: 15 May 2024 09:34

"Real Madrid" klubu "Borussiya Dortmund"la final görüşü üçün İngiltərəyə gedə bilməyən azarkeşlərinə sürpriz hazırlayıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, "Uembli" stadionunda keçiriləcək final görüşünə gedə bilməyən azarkeşlər "Santiaqo Bernabeu" stadionunda böyük ekranlarda matçı izləyə biləcəklər.
Komanda bundan əlavə, "Santiaqo Bernabeu"ya gələn azarkeşlərin Londondakı finalın açılış mərasiminin həyəcanını hiss etmələri üçün Teylor Svifti dəvət edib.
Qeyd edək ki, "Real Madrid" "Borussiya Dortmund" final görüşü iyunun 1-də İngiltərədə "Uembli" stadionunda keçiriləcək.



Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
250
4
sonxeber.net

10Mənbələr