AZ

Rus ordusu Su-35S qırıcılarının ikinci partiyasını alıb

Yuri Qaqarin adına Komsomolsk-na-Amur Aviasiya Zavodu 2024-cü ildə Rusiya Aerokosmik Qüvvələrinə Su-35S nəslinin yeni çoxfunksiyalı qırıcılarının ikinci partiyasını təhvil verib.

Herbiand.az xəbər verir ki, verilən texnikanın miqdarı açıqlanmayıb.

Korporasiyanın mətbuat xidmətindən verilən məlumata görə, təyyarələr müxtəlif iş rejimlərində bir sıra yer və uçuş sınaqlarından keçərək zavodun aerodromundan öz bazasına uçub.

Su-35 "4++" nəslinin çoxməqsədli qırıcısıdır, T-10S platformasında hazırlanmış sonuncu təyyarədir. Bu təyyarə Su-27/Su-30 qırıcılar ailəsi və onların modifikasiyası üçün əsas olub. 

Təyyarər 2500 km/saat sürətə çata bilir, uçuş məsafəsi 3400 km-ə çatır. Döyüş radiusu təxminən 1600 km-dir. Döyüş maşını 30 mm-lik topla silahlanıb, bomba və raketlər üçün 12 sərt nöqtəyə malikdir.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
herbiand.az

1Mənbələr