AZ

UEFA “Jirona”nı Çempionlar Liqasına buraxmaya bilər

İspaniyanın “Jirona” klubu “Mançester Siti” ilə əlaqələri səbəbindən UEFA Çempionlar Liqasında iştirak hüququnu itirə bilər.

Arena.az bu barədə ESPN portalına istinadən məlumat verir.

Mənbənin məlumatına görə, sözügedən komanda Avropanın ən mötəbər klub yarışına erkən surətdə vəsiqə qazandıqdan sonra Çempionlar Liqasının növbəti mövsümündə iştirak etmək üçün UEFA-nın icazəsini gözləyir. Üstəlik, imtina alacağı təqdirdə “Jirona”nın Avropa Liqasına yönləndirilməsi ehtimalı da azdır: bu halda “Jirona” UEFA Klubların Maliyyə Nəzarəti Orqanına (CFCB) Çempionlar Liqasının növbəti mövsümündə iştirakını təmin etmiş “Mançester Siti”dən təşkilati müstəqilliyini sübut etməli olacaq.

Vurğulanır ki, bütün məsələ “Jirona”nın qismən “City Football Group”a (CFG) məxsus olmasında və bu qrupun geniş futbol portfelinə “Mançester Siti”nin də daxil olmasındadır. Bununla belə, çoxklublu modellərdə komandalar oyunçuların kredit müqavilələri və maliyyə dəstəyi də daxil olmaqla “bir sıra ortaq aktivlərə” malikdirlər.

Amma UEFA-nın nizamnaməsinə uyğun olaraq, eyni sahiblərə məxsus iki klub eyni avrokubok yarışında oynamaq hüququ qazanarsa, müvafiq yarışda öz daxili çempionatında ən yüksək yeri tutmuş komanda iştirak hüququ alır. Əgər komandalar mövsümü eyni mövqelərdə başa vurarsa, o zaman vəsiqə UEFA-nın klub reytinqində daha yüksək əmsala malik kluba veriləcək. Bu halda isə “Mançester Siti” “Jirona”nı üstələyir.

Xatırladaq ki, “Jirona” La Liqanın 34-cü turunda “Barselona” üzərində 4:2 hesablı qələbə qazanmaqla, gələn mövsüm Çempionlar Liqasında işitirakını təmin edib. Kataloniya təmsilçisi 34 oyundan 74 xalla La Liqanın yarış cədvəlində 2-ci pillədə qərarlaşıb. “Jirona” qarşıdakı turlarda məğlub olsa belə, La Liqanın yarış cədvəlinin 4-cü pilləsindən aşağı düşməyəcək. Bu da İspaniya La Liqasından Avropanın ən mötəbər klub yarışında iştiraka təminat verir.

“Mançester Siti” isə İngiltərə Premyer Liqasının çempionluğu uğrunda mübarizə aparır. Geridə qalmış 36 turdan sonra 83 xal toplamış “Arsenal” yarış cədvəlinin zirvəsində şərti lider mövqeyində qərarlaşıb. MS isə 35 oyundan 82 xalla mümkün lider mövqeyində “topçular”ı qarabaqara təqib edir.

Göründüyü kimi, “Mançester Siti” daha üstün mövqedədir. Vurğulanır ki, UEFA tezliklə bu məsələ ilə bağlı müvafiq qərarını rəsmən açıqlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
232
5
arena.az

8Mənbələr