2023-ci il məlumatlarına əsasən, dünyada istehsal olunan elektrik enerjisinin 30 faizi karbonsuzlaşdırılmış mənbələrdən, əsasən bərpa olunan enerji - su elektrik enerjisindən əldə edilib.
"Cebhe.info" xəbər verir ki, xəbər verir ki, Ember analitik mərkəzinin məlumatına görə günəş və külək infrastrukturu 2023-ci ildə ilk dəfə olaraq dünya elektrik enerjisinin 7,8 faizindən çoxunu istehsal edib.
Ember hesabatında vurğulayır ki, külək və günəş enerji istehsalı 2023-ci ildə 9,8 faiz artıb və 2030-cu ilə qədər illik 20 faiz artım tempini saxlamalıdır.
Bildirilib ki, kömürlə və və təbii qazla işləyən elektrik stansiyalarından əldə olunan elektrik enerjisinin payı 35,4 və 22,5 faiz olub.