AZ

Bakı Fond Birjasında keçirilən əməliyyatların həcmi 11 milyard manatı ötüb

Bakı Fond Birjasında 2024-cü ilin yanvar-aprel ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 11 milyard 151 milyon 642 min manat təşkil edib. Qeyd edək ki, Birjada 2023-cü ilin yanvar-aprel ayları ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 4 milyard 721 milyon 78 min manat təşkil etmişdi. Beləliklə, "Bakı Fond Birjası"nın dövriyyəsi 2,4 dəfə artıb.

Birjanın yaydığı məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızaların ticarət həcmində 20%, dövlət qiymətli kağızların ticarət həcmində isə 79 % artım qeydə alınıb.

Repo əməliyyatları üzrə isə 196 % artım olub. O cümlədən, ötən il ilə müqayisədə korporativ qiymətli kağızların repo əməliyyatların bazarı üzrə 86 % artım qeydə alınıb.

2024-cü ilin Aprel ayının son ticarət günü üzrə səhm bazar kapitalizasiyası 5 milyard 768 milyon 812 min manat təşkil edib.

BFB-nin ticarət dövriyyəsinin cədvəli

BakıFondBirjası
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
marja.az

1Mənbələr