AZ

Yeni sistem: Külək, sel və daşqınların təhlükəsini xəbərdarlıq rənglərindən bilmək olacaq

“Meteo.az mobil tətbiqini istifadə edəcək hər kəs olduğu ərazi üzrə hava durumu haqqında mütəmadi məlumat alacaq”.

Oxu.Az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bu gün keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, yeni tətbiq ediləcək “Rəng xəbərdarlıq sistemi” şkalası ilə küləyin sürəti haqqında qiymətləndirmə hər kəsə mütəmadi göndəriləcək:

“Küləklərlə bağlı tətbiq edilən bu sistem gələcəkdə digər təhlükəli meteoroloji hadisələr üçün də sistemləşdiriləcək. Azərbaycanda ən çox küləkli havalar müşahidə olunduğundan ilk olaraq bunu pilot kimi götürmüşük. Növbəti mərhələdə - ilin sonuna qədər güclü istilər, daşqınlar, dolu, leysan, sel xarakterli hava hadisələri ilə bağlı da rəng şkalası ilə xəbərdarlıq sistemi tətbiq ediləcək”.

Nəzrin Vahid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
4
oxu.az

5Mənbələr