AZ

Təhlükəli meteoroloji hadisələr üçün sistem təkmilləşdiriləcək

Azərbaycanda küləklə bağlı rəng xəbərdarlıq sistemi digər hava şəraitləri ilə bağlı da tətbiq ediləcək.

Olaylar xəbər verir ki, bunu jurnalistlərə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib.

O qeyd edib ki, yeni tətbiq ediləcək "Rəng xəbərdarlıq sistemi" şkalası ilə küləyin sürəti haqqında qiymətləndirmə hər kəsə mütəmadi göndəriləcək.

"Küləklərlə bağlı tətbiq edilən bu sistem gələcəkdə digər təhlükəli metereoloji hadisələr üçün də sistemləşdirəcək. Azərbaycanda ən çox küləkli havalar müşahidə olunduğundan ilk olaraq bunu pilot kimi götürmüşük. Növbəti mərhələdə - ilin sonuna qədər güclü istilər, daşqınlar, dolu, leysan, sel xarakterli hava hadisələri ilə bağlı da rəng şkalası ilə xəbərdarlıq sistemi tətbiq ediləcək", - deyə o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
4
olaylar.az

5Mənbələr