AZ

Qadın kimi geyinərək hərbi xidmətdən yayınmağa çalışan ukraynalı sərhəddə yaxalanıldı

Ukraynada hərbi xidmətdən yayınmaq üçün qadın qiyafəsində bacısının pasportu ilə Rumıniyaya keçmək istəyən şəxs yaxalanıb.   Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 44 yaşlı kişi iri bədən quruluşuna görə sərhədçilərin diqqətini çəkib. Səlahiyyətlilər həmin şəxsin məcburi hərbi xidmətdən yayınmaq üçün bu üsula əl atdığını bildirib. Rusiya ilə müharibə vəziyyətində olan Ukraynada mövcud qanunlara görə, 18-60 yaş arası kişilərin ölkədən çıxışı qadağandır. Bu yaş aralığında olan hər bir kişidən Rusiyaya qarşı döyüşmək üçün Ukrayna ordusuna qoşulmaq xahiş olunur. Əfsanə Rəcəb

Manşet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
manset.az

1Mənbələr