AZ

Arvadını və 3 uşağını boğaraq öldürdü - Sosial şəbəkədə qətli etiraf etdi

Türkiyə Kilisdə həyat yoldaşı və 3 uşağını boğaraq öldürən Suriya əsilli Yusuf Kuvaranın intihar etməzdən əvvəl sosial şəbəkədə video paylaşdığı məlum olub.   Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kuvarə videoda “Sadəcə kasıblıqdan bezdim. Digər qohumlarım kimi dilənmək istəmirəm” deyib. Paylaşdığı videoda həmin şəxs “Həyat yoldaşım məni sevirdi və hörmət edirdi, mən də onu sevirdim, mənə xəyanət etmədi, yoxsulluqdan bezdim, digər qohumlarım kimi dilənmək istəmirəm" deyib. Hadisə ilə bağlı genişmiqyaslı araşdırmalara başlanılıb. Səlahiyyətlilər hadisənin səbəblərini və təfərrüatlarını araşdırmağa davam edir. Əfsanə Rəcəb Manşet.az  

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
manset.az

1Mənbələr