AZ

Tuxel “Bavariya”da qala bilər?

“Bavariya” rəhbərliyi komandaya yeni məşqçi axtarışını davam etdirir.

Amma hələ ki bu planda istənilən nəticəyə nail ola bilməyib. Maraqlıdı ki, Tomas Tuxel komandada qala bilər. Bunu almaniyalı jurnalist Florian Plattenberq deyib. O, rəhbərliyin artıq mövsümün sonunda gedəcəyi açıqlanan mütəxəssisə qarşı münasibətini dəyişə biləcəyini istisna etməyib.

Plattenberq baş direktor Yan-Kristian Drizenin Tuxeli dəstəkldiyini də deyib. Bir neçə gün əvvəl qapıçı Manuel Noyer də təcrübəli mütəxəssisin qalmasını istədiyini dilə gətirmişdi. Deyilənə görə, Tuxel də qalmaq niyyətindədi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
football-plus.az

1Mənbələr