AZ

Zelenskiyə qarşı sui-qəsd cəhdinin DETALLARI: "Çətin ki..."

Ötən gün Ukrayna Təhlükəsizlik Xidməti Prezident Volodimir Zelenski, Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk, Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kiril Budanov və digər yüksək vəzifəli dövlət rəsmilərinə sui-qəsd hazırlamaqda şübhəli bilinən Dövlət Təhlükəsizlik İdarəsinin iki polkovnikinin saxlanıldığını və həbs edildiyini açıqlayıb.

 

Bildirilib ki, həbs edilən şəxslər Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin agent şəbəkəsinin bir hissəsinə daxil olub. Maksim Mişustin, Dmitri Perlin və Aleksey Kornevin Federal Təhlükəsizlik Xidmətinin 5-ci Əməliyyat İnformasiya Departamentinin 9-cu İdarəsinin üç əməkdaşı olduğu qeyd olunub.

 

Sfera.az bildirir ki, bununla bağlı Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərin suallarını cavablandırıb. O qeyd edib ki, Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatını ciddi qəbul etmək olmaz.

 

“Mən ümumiyyətlə şərh verə bilmərəm. Onlardan gələn məlumatları çətin ki, həqiqət kimi qəbul etmək olar. Ona görə də heç nə deyə bilmərəm”, – Peskov jurnalistlərə açıqlamasında deyib.

 

Günay

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
1
sfera.az

2Mənbələr