AZ

Dünyanın nasizmə bir daha şans verməyə haqqı yoxdur! - » AzadMedia.az



Ukrayna Prezidenti Vladimir Zelenski enerji obyektlərinə yeni kütləvi hücumu şərh edib və bunu ölkədə qeyd olunan İkinci Dünya müharibəsində faşizm üzərində Qələbə və Anım Günü ilə əlaqələndirib.

Azadmedia.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Belə ki, “Lvov, Vinnitsa, Kiyev, Poltava, Kirovoqrad, Zaporojye, İvano-Frankovsk vilayətlərindəki infrastruktura 50-dən çox raket və 20-dən çox “Şahid” atılıb. Terrorun nəticələrini aradan qaldırmaq üçün bütün lazımi xidmətlər artıq işləyir. Bütün dünya kimin kim olduğunu aydın başa düşməlidir. Dünyanın nasizmə bir daha şans verməyə haqqı yoxdur”, - deyə o bildirib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
1
azadmedia.az

2Mənbələr