AZ

“İş gününün sonunda Putin və Paşinyan arasında ikitərəfli görüş olacaq”- KREML

Kreml Ermənistan Baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putinin Moskvada görüşünü zəruri adlandırıb.

Azpost.info xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov iş gününün sonunda Putin və Paşinyan arasında ayrıca ikitərəfli görüşün planlaşdırıldığını deyib.

“Bu görüş lazımlı idi və hər iki tərəfdən gözlənilirdi”, – Peskov deyib.

Qeyd edək ki, Paşinyan Moskvaya onun sədrliyi ilə keçiriləcək Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak etmək üçün gedib.

Azpost.info

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
50
Mənbələr
Şərh ()
Bağla