AZ

Overçuk: “Aİİ sammitində Ermənistanın KTMT-yə üzvlüyü ilə bağlı vəziyyət müzakirə olunmayıb”

Avrasiya “beşliyi”nin liderləri bu gün Kremldə keçirilən sammitdə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü ilə bağlı vəziyyəti müzakirə etməyiblər.

APA “TASS”a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası Baş nazirinin müavini vəzifələrini icra edən Aleksey Overçuk məlumat verib.

“KTMT Aİİ-nin mövzusu deyil. Aİİ sırf iqtisadi məsələlərdən ibarətdir”, - Overçuk vurğulayıb.

Qeyd edək ki, Moskvada Avrasiya İqtisadi İttifaqının sammiti keçirilir. Aİİ-yə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
318
6
apa.az

10Mənbələr