Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Habil Oruc oğlu İsmayılovla Lənkəran rayonunun Kərgəlan kəndində dəfn olunub.
Reyting.az “Report”-a istinadla xəbər verir ki, dəfn mərasimində şəhidin doğmaları, Lənkəran Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Habil Oruc oğlu İsmayılov 1975-ci il mayın 26-da anadan olub. O, 1994-cü ilin yanvarın 27-də Xocavənd rayonunun “Şişqaya” yüksəkliyi istiqamətində itkin düşüb və Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmişdi.