ABŞ-da nəzarətsiz miqrasiya və Vaşinqtonun hərəkətsizliyi terrorçuların ölkəyə daxil olmasına səbəb olacaq.
Publika.az xəbər verir ki,ş bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin istefada olan briqada generalı Bleyn Holt “Newsmax”-a məlumat verib.
“Ölkəmizdə terror aktları olacaq. Universitet şəhərciklərində baş verənlər aysberqin görünən hissəsidir. Bu, açıq-aydın gələcək üçün böyük bir təhlükədir”, - general qeyd edib.
Holtun sözlərinə görə, miqrasiya axınlarına lazımi nəzarətin olmaması səbəbindən xarici müharibələr ABŞ-a doğru irəliləyir.
ABŞ Ali Məhkəməsi administrasiyanın tələbi ilə Texas hakimiyyətinin Meksika ilə sərhəddə yerləşdirdiyi tikanlı məftilli hasarın sökülməsinə icazə verdikdən sonra cənub sərhədindəki miqrasiya böhranı kəskinləşib.