AZ

Azərbaycanda körlinq idman bölməsi açılıb

Azərbaycanda

Bak, 8 may, AZƏRTAC

Azərbaycanda körlinq idman bölməsinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, tədbir Heydər Əliyev adına İdman-Konsert Kompleksinin buz meydançasında baş tutub.

Tədbirdə kompleksin direktoru Fikrət Hüseynov, "Ocaq Sport" İdarə Heyətinin sədri Vəfa Bəkərova və Türkiyədən dəvət olunan mütəxəssis Ahmet Alperen Tunqa iştirak ediblər.

V. Bəkərova bu idman növünün inkişafı üçün əllərindən gələni edəcəklərini bildirib: "Körlinq idman növünü klubumuzun nəzdinə yeni daxil etmişik. Artıq bununla bağlı məşqçi də dəvət olunub. Bu idman sahəsi Qış Olimpiya Oyunlarının proqramına da daxildir".

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
2
Mənbələr
Şərh ()
Bağla