AZ

Azərbaycan üçün yeni idman növünün təqdimatı olub

Azərbaycan üçün yeni idman növünün təqdimatı olub.

Turanpress.org xəbər verir ki, Bakı buz meydançasında keçirilən mərasimdə iştirak edən körlinq milli komandasının baş məşqçisi Ahmet Alpərən Tunqa yeni yaradılan idman növü haqqında məlumat verib:

“İlk dəfə yaradılan idman növünü inkişaf etdirmək üçün əlimizdən gələni edəcəyik. Əlbəttə ki, yeni olduğu üçün çətinliklərimiz olacaq, amma maraq çox olacağı təqdirdə uğurlu ola bilərik. Azərbaycanda ilk dəfə yaradılan idman növündə milli komandanın tərkibi 16 yaş və yuxarı idmançılardan ibarət olacaq. Körlinq idman növü ilə məşğul olmaq istəyən hər kəs dərslərə qatıla biləcək. Milli komandanı ən qısa müddətdə Avropada çıxış etməsi üçün hazırlamağa çalışacağam”.

“Ocaq Sport Klubu”nun rəhbəri Vəfa Bəkirova da yeni idman növü ilə bağlı fikirlərini bölüşüb.

“Bu idman növü ölkəmizdə ilk dəfə yaradılır. Qeyd etmək istəyirəm ki, körlinq Qış Olimpiya Oyunlarına daxil olan bir idman növüdür. Bütün idman həvəskarlarını körlinqlə məşğul olmağa dəvət edirəm”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
87
8
turanpress.com

8Mənbələr