AZ

Milli Məclisdə Ulu öndərin doğum günü və Heydər Əliyev Fondunun yubileyi qeyd edilib

Mayın 7-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirildi. İclasın əlamətdar tarixi bir hadisə ərəfəsində keçirildiyni deyən spiker üç gün sonra, mayın 10-da müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin doğum gününün qeyd ediləcəyini bildirdi. 

Natiq vurğuladı ki, Heydər Əliyev ən yüksək dövlət vəzifələrində çalışdığı otuz ildən artıq bir müddətdə ümummilli lider missiyasını iki dəfə öhdəsinə götürmüşdür. Hər ikisində də zamanın çağırışlarına yaradıcı münasibət bildirməklə və düzgün qərarlar qəbul etməklə insanların ona bəslədiyi  ümidləri doğrultmuşdur.  

Ulu öndər Azərbaycanın dövlət müstəqilliyinin təməlini yaratmış, daha sonra isə bu təməl üzərində qurulan müstəqil dövləti qoruyub saxlamış və davamlı inkişaf yoluna çıxarmışdır. Bununla da o, böyük tarixi şəxsiyyətlərimizin dövlətçilik ənənələrini layiqincə davam etdirmiş və daha da zənginləşdirmişdir. 

S.Qafarova dedi ki, Heydər Əliyev dünya miqyaslı siyasi və dövlət xadimi idi. Onu dünyanın ən böyük siyasətçiləri və dövlət adamları ilə müqayisə etmək olar. Ulu öndər mənsub olduğu xalqı yeni minilliyə, qloballaşma əsrinə hazırlayıb çatdıran bir liderdir. Onun başladığı möhtəşəm işlər Prezident ­İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Son iyirmi bir il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi daxil olub. Ölkə həyatının bütün sahələrində böyük uğurlar, misilsiz və qürurverici qələbələr əldə edilib. 

Spiker diqqətə çatdırdı ki, müzəffər Ali Baş Komandanın sərkərdəlik məharəti və  Azərbaycan Silahlı Qüvvələrinin döyüş əzmi və rəşadəti   44 günlük Vətən müharibəsində tarixi qələbəni təmin edib. Ötən ilin sentyabr ayında həyata keçirilmiş bir günlük antiterror tədbirləri isə Azərbaycanın suverenliyini onun bütün ərazisində bərpa etməyə şərait yaradıb. Bu böyük uğur Vətən müharibəsində əldə edilmiş Zəfərin məntiqi davamı və yekunu  oldu. 

Spiker sonra bildirdi ki, 1993-cü ilin iyununda Heydər Əliyev böyük siyasətə qayıdışa bu binada başlamış, dörd aya yaxın Azərbaycan parlamentinin Sədri vəzifəsində çalışmışdır. Ulu öndərin sayəsində yeni inkişaf səviyyəsinə yüksəlmiş parlamentarizm ənənələri bu gün dövlət başçısının qayğısı və Milli Məclis deputatlarının birgə səyləri ilə daha da inkişaf etdirilir. 

Spiker, həmçinin qeyd etdi ki, bu gün diqqətə çatdırmaq istədiyi digər bir məsələ də Ulu öndərin adı ilə bağlıdır. Mayın 10-da Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 20 ili tamam olur. Fondun yaradılması Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gəlib. Heydər Əliyev öz həyatının mənasını xalqa xidmət etməkdə, bu yolda hər bir çətinliyə hazır olmaqda görürdü. Onun adını daşıyan fond da öz fəaliyyətində bu ali idealları rəhbər tutur.

Milli Məclisin Sədri dedi: “Bu gün milyonların sevgisini qazanmış Heydər Əliyev Fondunun nailiyyətlərinin təməlində fondun prezidenti, Birinci vitse-prezident, Azərbaycanın birinci xanımı, Azərbaycan Mədəniyyəti Fondunun prezidenti, ICESCO-nun səfiri Mehriban xanım Əliyevanın müstəsna təşkilatçılıq qabiliyyəti və rəhbərlik məharəti, yüksək səriştəsi və peşəkarlığı, böyük zəhməti və fədakarlığı dayanır. Onun hər bir məsələyə yaradıcı münasibəti, insanları vahid məqsəd naminə səfərbər etmək bacarığı, humanizmi və səmimiyyəti fondun hamıya yaxşı tanış olan simasını müəyyən edir”. 

S.Qafarova Azərbaycan barəsində doğru-­düzgün məlumatların yayılması və dövlətimizin milli maraqlarının qorunması istiqamətində ən uğurlu layihələrdən birinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə aparılan “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasının olduğunu dedi. Bir çox dünya ölkələrini əhatə edən bu kampaniya Xocalı həqiqətlərinin dünyada yayılmasına, cinayətkarların beynəlxalq ifşasına yönələn tədbirlərin vahid konsepsiyası əsasında sistemli şəkildə həyata keçirilib. 

Qeyd edildi ki, bu gün Heydər Əliyev Fondu işğaldan azad olunmuş ərazilərimizin bərpası prosesində yaxından iştirak edir, Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, veteranlara böyük diqqət və qayğı göstərir. Müharibədə yaralanan qazilərimiz yüksək texnologiyalı protezlərlə təmin olunur, zərurət yarandıqda yaralı hərbçilərimizin xaricdə müalicəsi təşkil edilir, onların sosial durumunun yaxşılaşmasına kömək göstərilir.   

Sonra spiker təklif edib ki, Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 20 illiyi münasibəti ilə fondun prezidenti Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubu göndərək, şərəfli və nəcib missiyanın həyata keçirilməsində Mehriban xanıma və fondun kollektivinə  böyük uğurlar arzulayaq. 

 Heydər Əliyev Fondunun yubileyi münasibəti ilə deputat Soltan Məmmədov fondun 20 illik fəaliyyətinə həsr olunmuş təqdimatla çıxış etdi. Deputatın çıxışı zamanı fondun gördüyü işlərdən bəhs olunan fotogörüntülər nümayiş etdirildi.

Sonra iclasın gündəliyi qəbul olundu və cari məsələlərlə bağlı müzakirələr aparıldı. 

Parlamentin Sədri gündəliyə 18 məsələ daxil edildiyini və ilk 5 məsələnin üçüncü oxunuşda qanun layihələri olduğunu bildirdi.

Qanun layihələri üçüncü oxunuşda olduğundan səsə qoyularaq qəbul edildi.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov  “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi barədə məlumat verib. Millət vəkili birinci və ikinci oxunuş zamanı layihə barədə geniş məlumat verildiyini, əlavə heç bir təklifin olmadığını söyləyib və sənədin səsə qoyulmasını xahiş edib.

Layihədə ədliyyə orqanları işçilərinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması məqsədi ilə müvafiq dəyişikliyin edilməsi nəzərdə tutulur.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.

Növbəti məsələ “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsinin olduğunu bildirən Sədr dedi ki, bu sənəd uyğunlaşdırma xarakteri daşıyır və qanunvericiliyin tələbinə əsasən bir oxunuşda qəbul edilməldir. 

Gündəlikdəki digər qanun layihələri də müzakirələrdən sonra səsə qoyularaq qəbul edildi.

Əliqismət BƏDƏLOV
XQ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
204
42
Mənbələr
Şərh ()
Bağla

Reytinq

İran Prezidentini daşıyan helikopter sərt eniş edib, Rəisinin vəziyyəti məlum deyil — YENİLƏNİB
7056
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
6665
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
1063
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
1036
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
1033
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
1022
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
604
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
398
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
308
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
301
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
263
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
251
Arda Gülər dayanmır, yenə fərqləndi -
203
Arda dubl etdi - VİDEO
188
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
177
Gözəlliyi ilə heyran edən bu qız görün hansı məşhurumuzun övladıdır - FOTOLAR
156
Fərda görüşdüyü qadını başqa kişi ilə tutdu: Gördüm ki, maşında... - VİDEO
147
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
124
“Mançester Siti” İngiltərə çempionu olub
118