AZ

Milli Məclis sədrinin müavinindən təsirli hədiyyə

Ölkəmizdə səfərdə olan Daiga Mierinanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Füzuli və Şuşa şəhərlərinə səfər edən Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Şuşa şəhərində Latviya parlamentinin sədrinə Xarıbülbül gülünü hədiyyə edib.

Musavat.com xəbər verir ki, bu nəcib gülün yalnız Şuşa şəhərində bitməsini qeyd edən vitse-spiker əlavə edib ki, qazandığımızın tarixi Zəfərin simvoluna çevrilən Xarıbülbül xalqımız üçün dərin məna ifadə edir.

Şuşanın ölkəmizin mədəniyyətin paytaxtı olmaqla bərabər, dövlət başçısının təbilincə desək xalqımızın əyilməz ruhunun tərənnümü olmasını bildirib. Qeyri-adi hədiyyədən təsirləndiyini bildirən xanım spiker, öz növbəsində minnətdarlığını edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
42
musavat.com

10Mənbələr