AZ

4 ayda yeni kassa aparatları ilə dövriyyə 7,3 milyard manatdan çox olub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 97 min 735 ədəd belə NKA quraşdırılıb.

Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

2024-cü ilin yanvar-aprel ayları ərzində belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 7,3 milyard manatdan artıq olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə  müqayisədə 11,1 faiz çoxdur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134
6
marja.az

10Mənbələr