AZ

Azərbaycan Slovakiya ilə birgə silah istehsal edəcək

“Slovakiyada müdafiə sənayesinin inkişafını dəstəkləmişəm. Cənab Prezidentlə (Azərbaycan Prezidenti İlham Əliyev – Qeyd) bəzi layihələri müzakirə etdik”.

NOCOMMENT.az xəbər verir ki, bunu Slovakiya Respublikasının Baş naziri Robert Fitso AzərTac-a və AzTV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, texnologiya Slovakiyadan, maliyyə isə Azərbaycandan olacaq:

“İstehsal ediləcək silahlar ya ixrac olunacaq, ya da Azərbaycanda qalacaq. Bildiyimiz kimi, Ukraynadakı müharibə parametrləri tamamilə dəyişib. Hazırda silahlarla bağlı ciddi çatışmazlıq var. Bunu edə bilsək, hər iki ölkə üçün faydalı olacağını düşünürəm”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
22
Mənbələr
Şərh ()
Bağla